Gürcüstandan ən çox pul Azərbaycana göndərilib

2026-cı ilin ilk doqquz ayında Gürcüstandan xaricə 322,4 milyon dollar pul köçürülüb. Ən çox vəsait göndərilən ölkə 57 milyon dollarla Azərbaycan olub.

25

2026-cı ilin yanvar–sentyabr aylarında Gürcüstandan xarici ölkələrə ümumilikdə 322,4 milyon ABŞ dolları köçürülüb. Ən çox pul göndərilən ölkə isə Azərbaycan olub. Doqquz ay ərzində Gürcüstandan Azərbaycana 57 milyon dollar vəsait köçürülüb.

MSNews.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatlarına əsaslanan statistikada bildirilir. Hesabata görə, ölkədən xaricə pul köçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6,8% artıb.

2025-ci ilin ilk doqquz ayında Gürcüstandan xaricə 301,7 milyon dollar göndərildiyi halda, bu il göstərici 322,4 milyon dollara yüksəlib.

Azərbaycan köçürmələrin həcminə görə birinci yeri tutub. İkinci yerdə 53,9 milyon dollarla Türkiyə, üçüncü yerdə isə 29,9 milyon dollarla Rusiya qərarlaşıb.

Gürcüstandan ən çox pul göndərilən 10 ölkə

Chart

İlk onluqdakı ölkələrə ümumilikdə təxminən 235,4 milyon dollar göndərilib. Bu, Gürcüstandan xaricə həyata keçirilən bütün pul köçürmələrinin təxminən 73%-ni təşkil edir.

Azərbaycanın ümumi köçürmələrdə payı isə 17,7%-ə yaxın olub. Gürcüstan Milli Bankının sentyabr ayına dair məlumatına əsasən, təkcə həmin ay ölkədən Azərbaycana 7,06 milyon dollar köçürülüb. Bu göstərici ötən ilin sentyabrı ilə müqayisədə 9,3% çoxdur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.