Georginaya bənzədilən bloqer “TikTok”-da gündəm oldu

İspaniyalı bloger "Victoria_cc7" Georgina Rodrigesə bənzədildiyi üçün TikTok-un hesabını iki dəfə bloklamağa çalışdığını və qəribə təkliflər aldığını bildirib.

10

İspaniyalı bloqer Viktoriya Kantero — sosial şəbəkələrdə tanınan adı ilə Victoria_cc7″— Kriştianu Ronaldunun nişanlısı Georgina Rodrigesə bənzədildiyi üçün qarşılaşdığı qəribə hallardan danışıb.

O bildirib ki, “TikTok”-da video paylaşmağa başladıqdan sonra istifadəçilər onu tez-tez Georgina ilə səhv salıblar. Hətta platforma iki dəfə onun hesabını “başqasının kimliyini təqlid etmək” şübhəsi ilə bağlamağa çalışıb.

MSNews.az xəbəri “Moreli Media”-ya istinadən verir.

Kanteronun sözlərinə görə, o, sosial şəbəkələrdə məşhurlaşmazdan əvvəl də ətrafındakı insanlar onun Georginaya bənzədiyini deyirdilər. Lakin videoları yayıldıqdan sonra bu bənzərlik daha geniş auditoriyanın diqqətini çəkib. İspaniyalı bloqer özünün Georginanı təqlid etmədiyini, sadəcə təbii xarici görünüşünə görə bu müqayisələrlə üzləşdiyini bildirib.

Viktoriya bildirib ki, məşhurluğun gətirdiyi diqqət bəzən çox qəribə mesajlarla müşayiət olunur. Onun sözlərinə görə, ona pul, reklam əməkdaşlığı və hətta surroqat analıqla bağlı təkliflər göndərilib. İspan mediası yazır ki, bir istifadəçi ona buna görə yüz minlərlə avro təklif etdiyini bildirib.

Bloqer həmçinin bir neçə məşhur şəxsdən mesaj aldığını deyib. Onun sözlərinə görə, onlardan ən tanınmışı futbolçudur, lakin Viktoriya həmin şəxsin adını açıqlamayıb. O, hazırda diqqəti yumorla qarşıladığını və Georgina Rodrigeslə birgə video çəkməyə müsbət yanaşacağını bildirib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
26 aprel 2026