ABŞ aparıcısı Bosniyanı iki ölkə sandı

Amerikalı aparıcı Ana Kasparian DÇ-2026 zamanı ABŞ — Bosniya və Herseqovina matçı barədə danışarkən rəqibi “iki kiçik ölkə” kimi təqdim edib. Onun səhvi sosial şəbəkələrdə istehza və tənqidlərə səbəb olub.

232

Amerikalı aparıcı Ana Kasparian DÇ-2026-nın ABŞ — Bosniya və Herseqovina oyunu barədə danışarkən coğrafi səhvə yol verib.

MSNews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Kasparian ABŞ millisinin futbolçusu Folarin Baloqunun Bosniya və Herseqovina ilə oyunda qırmızı vərəqə almasından danışıb və bu zaman rəqibi “iki kiçik ölkə” kimi təqdim edib. “Latinus” nəşri də hadisəni “aparıcı Bosniya və Herseqovinanı iki kiçik ölkə ilə qarışdırdı və ABŞ-ın eyni anda iki ölkəyə qarşı oynadığını dedi” başlığı ilə verib.

Videoya “Telegram” kanalımızdan baxa bilərsiniz.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.