Fransa Seneqala qalib gəldi

FIFA Dünya Kubokunun "I" qrupunda Fransa Seneqalı 3:1 hesabı ilə məğlub edib. Kilian Mbappe dubl edib, Bredli Barkola isə bir qolla yadda qalıb.

23

Fransa millisi FIFA Dünya Kubokuna qələbə ilə başlayıb.

MSNews.az xəbər verir ki, “I” qrupunun ilk turunda keçirilən Fransa – Seneqal qarşılaşması 3:1 hesabı ilə başa çatıb. Oyun ABŞ-ın “Nyu-York/Nyu-Cersi” stadionunda keçirilib.

Fransa hesabı 66-cı dəqiqədə açıb. Maykl Olisenin ötürməsindən sonra Kilian Mbappe dəqiq zərbə ilə topu qapıdan keçirib.

İlk hissədə Seneqal daha təhlükəli epizodlar yaradıb. Nikolas Ceksonun zərbəsi dirəyə dəyib, İsmaila Sarr isə əlverişli vəziyyətdə topu qapıdan keçirə bilməyib.

İkinci hissədə Fransa oyuna nəzarəti ələ alıb. 82-ci dəqiqədə Bredli Barcolya fərqlənərək hesabı 2:0 edib.

Matçın son dəqiqələri daha dramatik alınıb. 90+5-ci dəqiqədə İbrahima Mbaye Seneqalın yeganə qolunu vurub. Lakin bir dəqiqə sonra Kilian Mbappe yenidən fərqlənərək yekun hesabı müəyyənləşdirib — 3:1.

Bu qolla Mbappe oyunda dubl edib və Fransa millisinin qələbəsində əsas rol oynayıb.

Fransa matça Mbappe, Olise, Ousmane Dembele və Dezire Due kimi hücumçularla başlayıb. Seneqalın heyətində isə Sadio Mane, Nikolas Cekson və İsmaila Sarr start heyətində yer alıb.

Bu qələbədən sonra Fransa “I” qrupunda ilk 3 xalını qazanıb. Qrupun digər oyununda İraq və Norveç milliləri üz-üzə gələcək.