FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib

FIFA prezidenti Canni İnfantino U-15 dünya çempionatı ilə əlaqədar Azərbaycana səfər edib. O, hazırda Bakıdadır.

10

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino Azərbaycana səfər edib.

MSNews.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Məlumata görə, FIFA rəhbəri hazırda Bakıdadır. İnfantinonun Azərbaycana səfəri U-15 dünya çempionatının keçirilməsi ilə əlaqədardır.

Səfərin proqramı və FIFA prezidentinin Bakıda keçirəcəyi görüşlərlə bağlı əlavə məlumat hələ açıqlanmayıb.