Suriyada İŞİD-ə qarşı əməliyyat: Mənbicdə terror qruplaşmasının özəyi zərərsizləşdirildi
Suriya təhlükəsizlik qüvvələri Hələb vilayətinin Mənbic şəhərində İŞİD-lə əlaqəli olduğu bildirilən terror özəyinin fəaliyyətinə son qoyulduğunu açıqlayıb. Qrupun hücum və sui-qəsdlərdə iştirak etdiyi iddia olunur.