Tarixi qələbə: “Gəncə” “Sportinq”i məğlub etdi

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda tarixi qələbəyə imza atıb. Azərbaycan təmsilçisi Portuqaliyanın məğlubiyyətsiz “Sportinq” komandasını 69:67 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.