Ten Haq Ronaldunu sərt tənqid etdi
“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq Kriştianu Ronaldunun son 7–8 ildə əvvəlki səviyyəsində çıxış edə bilmədiyini bildirib. Niderlandlı mütəxəssis “Real Madrid”in portuqaliyalı futbolçu ilə vaxtında yollarını ayırdığını vurğulayıb.