İlham Əliyev Hindistan XİN başçısını qəbul etdi

Prezident İlham Əliyev Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. Görüşdə Azərbaycan-Hindistan münasibətləri, iqtisadi əməkdaşlıq, yüksək texnologiyalar və Qlobal Cənub ölkələrinin maraqları müzakirə olunub.

BRICS birtərəfli sanksiyaların ləğvinə çağırdı

BRICS liderləri Yeni Dehli Bəyannaməsində beynəlxalq hüquqa zidd birtərəfli və ikinci dərəcəli sanksiyaların ləğvinə çağırıb, nüvə münaqişəsi riskləri və qlobal hərbi xərclərin artmasından narahatlıq ifadə ediblər.