İlham Əliyev Mərkəzi Asiya liderlərinin görüşünə qatılacaq

Prezident İlham Əliyev Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Liderlər ticarət, nəqliyyat, enerji və regional təhlükəsizliyi müzakirə edəcəklər.