Bəsrədə ABŞ-ın İran aviasiyasına sanksiyalarına qarşı etiraz başladı
İraqın Bəsrə şəhərində ABŞ-ın İran aviaşirkətlərinə qarşı yeni sanksiyalarından sonra İranla uçuşların dayandırılmasına etiraz edilib. Bağdad isə humanitar və dini səfərlər üçün Vaşinqtondan istisna almağa çalışır.
İran aviaşirkətlərinin Azərbaycana reyslərinin dayandırılacağı bildirilir
AZAL-a istinadən yayılan məlumata görə, İran aviaşirkətlərinin Azərbaycana uçuşlarının sentyabrın 22-dən dayandırılması nəzərdə tutulur. Qərarın ABŞ-nin İranın aviasiya sektoruna qarşı yeni sanksiyaları ilə əlaqəli olduğu bildirilir.