Türkiyədə “Nuhun gəmisi” ərazisində yeraltı anomaliyalar aşkarlanıb
Ağrının Doğubayazıt rayonundakı Durupınar formasiyasında aparılan radar tədqiqatları yeraltında boşluqlar və düz bucaq altında kəsişən strukturlar aşkarlayıb. Tədqiqatçılar nəticələrin yaxın aylarda laborator analizlərlə dəqiqləşdiriləcəyini bildirirlər.