Rusiya Almaniyanın Baş Konsulluğunu və Höte İnstitutlarını bağlayır
Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun və ölkədəki Höte İnstitutu mərkəzlərinin fəaliyyətini dayandırmaq qərarı verib. Moskva addımı Berlinin Rusiya nümayəndəliklərini bağlamasına cavab adlandırıb.