SEPAH komandiri barədə yeni sui-qəsd iddiası təkzib edildi

Sosial şəbəkələrdə Şirazda SEPAH-ın “Sarallah” “Bəsic” bölməsinin komandiri İbrahim Mürtəzəvi-Nəsəbin raket zərbəsi ilə öldürüldüyü barədə iddia yayılıb. Lakin “Fars” agentliyi onun hələ mart ayında öldüyünü və artıq dəfn edildiyini bildirib.

“Handala” ABŞ hərbçiləri ilə bağlı məlumat ötürdüyünü iddia etdi

İranla əlaqələndirilən “Handala” haker qrupu ABŞ hərbçiləri və regiondakı Amerika obyektləri barədə məlumatları SEPAH-a ötürdüyünü iddia edib. İddialar müstəqil şəkildə təsdiqlənməyib.