Demiroviçin azarkeşlərə verdiyi söz ona 300 min avroya başa gələcək

Bosniyalı futbolçu Ermedin Demiroviç mundial vəsiqəsindən sonra “Ştutqart” azarkeşlərinə pivə almaq sözünü yerinə yetirəcəyini bildirib. Bu jest ona təxminən 300 min avroya başa gələ bilər.