Demiroviçin azarkeşlərə verdiyi söz ona 300 min avroya başa gələcək

Bosniyalı futbolçu Ermedin Demiroviç mundial vəsiqəsindən sonra “Ştutqart” azarkeşlərinə pivə almaq sözünü yerinə yetirəcəyini bildirib. Bu jest ona təxminən 300 min avroya başa gələ bilər.

108

Bosniya və Herseqovina millisinin hücumçusu Ermedin Demiroviç 2026-cı il Dünya Çempionatına vəsiqə qazandıqdan sonra verdiyi sözü yerinə yetirməli olacaq. 

“Ştutqart”ın formasını geyinən futbolçu pley-off oyunlarından əvvəl Bosniya mundiala çıxsa, klub azarkeşlərinə pivə alacağını vəd etmişdi. İtaliya üzərində qazanılan tarixi qələbədən sonra o, bu sözünə sadiq qalacağını açıqlayıb.

Reuters” yazır ki, bu jest Demiroviçə təxminən 300 min avroya başa gələ bilər. Hesablamaya görə, “Ştutqart”ın ev oyunlarında orta tamaşaçı sayı 60 minə yaxındır və bir bokal pivənin qiyməti təxminən 5 avrodur. Demiroviç bu məbləğin böyük olduğunu qəbul etsə də, bunu ürəkdən edəcəyini bildirib.

Bosniya və Herseqovina İtaliyanı pley-off finalında penaltilərlə məğlub edərək tarixində ikinci dəfə Dünya Çempionatına vəsiqə qazanıb. Komanda DÇ-2026-da “B” qrupunda Kanada, Qətərİsveçrə ilə qarşılaşacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930