Avropanın 3 klubu “Spartak”ın qapıçısını istəyir

“Spartak Moskva”nın qapıçısı Aleksandr Maksimenko Almaniyanın “Verder” və “Auqsburq”, həmçinin İtaliyanın “Montsa” klublarının maraq dairəsinə düşüb. Futbolçu 2027-ci ilin yayında azad agent kimi klubunu dəyişə bilər.

Yan Diomande “Real Madrid”ə keçir

“Real Madrid”in “RB Leypsiq”lə Yan Diomandenin transferi üçün 100 milyon avrodan çox məbləğə razılaşdığı bildirilir. Kot-d’İvuarlı futbolçu tibbi müayinədən sonra 2031-ci ilədək müqavilə imzalayacaq.