Tunisdə prezidentin istefası tələbi ilə minlərlə insan küçələrə axışdı
Tunisdə Prezident Qeys Səidə qarşı son illərin ən böyük etiraz aksiyalarından biri keçirilib. Minlərlə nümayişçi siyasi repressiyalara, iqtisadi böhrana və azadlıqların məhdudlaşdırılmasına etiraz edərək prezidentin istefasını tələb edib.