Epşteyn İsrail ordusu və qanunsuz məskunlaşmaya yardım edib

Yayımlanan yeni sənədlərə görə milyarder Ceffri Epşteyn, 2005-ci ildə İsrail ordusuna və Qərbi Şeriadakı qanunsuz yəhudi məskunlaşmasına maliyyə dəstəyi vermiş,Fələstinlə bağlı mübahisəli fikirlərini paylaşmışdır.

33

ABŞ-da yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı fühuş şəbəkəsi qurmaqla ittiham edilən milyarder Ceffri Epşteynin yeni açıqlanan sənədlərinə görə, 2005-ci ildə İsrail ordusuna və Fələstin torpaqlarını qanunsuz ələ keçirən məskunlara yardım etdiyi ortaya çıxıb.

ABŞ Ədliyyə Nazirliyinin yayımladığı sənədlərdə Epşteynin “İsrail Müdafiə Qüvvələri Dostları” təşkilatına 25 min dollar, Qərbi Şeriadakı qanunsuz yəhudi məskunlara maliyyə dəstəyi verən “Yəhudi Milli Fondu”na 15 min dollar, “Yaəhudi Qadınlar Milli Şurası”na isə 5 min dollar bağışladığı qeyd edilir.

Sənədlərdə, Epsşteynin 20 may 2012-ci il tarixində yazdığı bir e-poçtda Fələstinlə bağlı fikirləri diqqət çəkir; o, “Fələstin heç vaxt tam müstəqil bir ərəb və ya fələstinli dövləti olmayıb” ifadəsini istifadə etmişdir.

Həmçinin Epşteynin cənazəsi ilə bağlı da qeyri-adi detallar ortaya çıxıb.FTB-yə aid 12 avqust 2019-cu il tarixli sənəddə, media mənsublarının cənazəni izləməsi üçün içi boş bir qutu göstərildiyi, əsl cənazənin isə başqa bir vasitə ilə aparıldığı qeyd olunur.