Endrikin oğlunun adı Kendrik olacaq

Braziliyalı futbolçu Endrik və həyat yoldaşı Qabrieli Miranda ilk övladlarına Kendrik adını verəcəklərini açıqlayıblar.

91

Braziliyalı futbolçu Endrik və həyat yoldaşı Qabrieli Miranda dünyaya gələcək oğullarının adını açıqlayıblar.

MSNews.az xəbər verir ki, cütlük ilk övladlarına Kendrik adını verəcəklərini körpənin doğulması münasibətilə təşkil olunan tədbirdə elan edib. Adın Endrikin adına “K” hərfinin əlavə edilməsi ilə yaradılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bu barədə Braziliyanın “Urbnews” nəşri məlumat yayıb.

Endrik və Qabrieli Miranda 2026-cı ilin aprelində ilk övladlarını gözlədiklərini açıqlamışdılar. Daha sonra keçirilən tədbirdə körpənin oğlan olacağı məlum olmuşdu.

Cütlük 2024-cü ilin sentyabrında ailə qurub. Qabrieli Miranda sosial şəbəkələrdə paylaşdığı görüntülərdə hamiləlik dövrünü və ailənin hazırlıqlarını izləyiciləri ilə bölüşür.

“Kendrik” adının seçilməsi braziliyalı azarkeşlər arasında həm maraqla, həm də zarafatlarla qarşılanıb. Bununla belə, cütlük adın seçilməsinin səbəbi barədə geniş açıqlama verməyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.