El-Şaaravinin nişanlısından subaylıq gecəsində qeyri-adi jest

Stefan El-Şaaravinin nişanlısı Ludovika Paqani subaylıq gecəsində futbolçunun fotosunu buduna çəkdirərək sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.

İtaliya millisinin və “Roma”nın futbolçusu Stefan El-Şaaravinin nişanlısı Ludovika Paqani subaylıq gecəsindən paylaşdığı fotolarla sosial şəbəkələrdə diqqət çəkib.

“Sports.ru”-nun məlumatına görə, model, aparıcı, aktrisa və DJ kimi tanınan Paqani mərasim zamanı gələcək həyat yoldaşını da unutmayıb və El-Şaaravinin fotosunu bud nahiyəsinə çəkdirib.

Paylaşılan görüntülər qısa müddətdə futbol azarkeşləri arasında müzakirə mövzusuna çevrilib. “Tribuna”-nın yazdığına görə, Paqaninin subaylıq gecəsindən yayımladığı fotolar arasında El-Şaaravinin portreti ilə bəzədilmiş kadr xüsusilə seçilib.

Stefan El-Şaaravi və Ludovika Paqani ötən ilin oktyabrında nişanlanıblar. 33 yaşlı italyan vinger həmin vaxt Paqaniyə evlilik təklifi edib.

El-Şaaravi hazırda “Roma”nın futbolçusudur. Transfermarkt məlumatlarına görə, italiyalı hücumçu 2021-ci ilin yanvarından yenidən paytaxt klubunda çıxış edir və müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.