Doğum yeri bu bölgələrdən biri olan şəxslər Gürcüstana buraxılmayacaq

Gürcüstan pasport və şəxsiyyət vəsiqəsində doğum yeri kimi Krım, Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, həmçinin Ukrayna SSR, Zaporojye və Xerson, Abxaziya MSSR və Cənubi Osetiya göstərilən Rusiya vətəndaşlarının ölkəyə girişinə artıq icazə verməyəcəyini açıqladı.

95

Gürcüstan hakimiyyəti bəyan edib ki, pasport və şəxsiyyət vəsiqələrində doğum yeri kimi bəzi mübahisəli bölgələr — əsasən Krım və Donbas – göstərilmiş Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə verilməyəcək. Bu qərar, xüsusilə, Rusiya tərəfindən ilhaq edilmiş ərazilərin sakinlərini əhatə edir və ölkənin sərhəd xidmətləri tərəfindən tətbiq ediləcək.

Rəsmi məlumatlara görə, Gürcüstan sərhəd-keçid məntəqələrində pasportlarında doğum yeri hissəsində aşağıdakı bölgələr yazılan şəxslərin ölkəyə daxil olmalarına icazə verilməyəcək:

Krım

Donetsk Xalq Respublikası (DNR)

Luqansk Xalq Respublikası (LNR)

Zaporojye və Xerson

Ukrayna SSR

Abxaziya MSSR

Cənubi Osetiya

Bu addım Rusiya Federasiyasının bir sıra ərazilər üzərindəki iddiaları ilə bağlı davam edən siyasi və təhlükəsizlik narahatlıqları fonunda atılıb və Gürcüstanın suverenliyi və sərhəd təhlükəsizliyi siyasətinin bir hissəsi olaraq dəyərləndirilir.