Çin robotu 7,97 metr tullanaraq qızıl medal qazandı

Pekində keçirilən II Dünya Humanoid Robot Oyunlarında “Tianjiao” komandasının robotu uzunluğa tullanmada 7,97 metr nəticə göstərərək qızıl medal qazanıb.

69

Çinin “Tianjiao” komandasına məxsus humanoid robot Pekində keçirilən II Dünya Humanoid Robot Oyunlarında uzunluğa tullanmada 7,97 metr nəticə göstərərək qızıl medal qazanıb.

MSNews.az xəbər verir ki, “CCTV” final yarışının avqustun 23-də keçirildiyini və robotun 7,97 metrlik nəticə ilə birinci yeri tutduğunu bildirib.

“Tianjiao” komandasının robotu üç cəhdin hər birində nəticəsini yaxşılaşdırıb. İlk tullanmada 7,32 metr, ikinci cəhddə 7,62 metr qeydə alınıb. Son cəhddə isə robot 7,97 metrə çatıb. Yarışda 21 komanda iştirak etsə də, yalnız altı komanda etibarlı nəticə göstərə bilib.

Gümüş medalı 7,24 metrlik nəticə ilə “Tianzhuo”, bürünc medalı isə 7,19 metrlə “Tiangong” komandası qazanıb. “Xinhua” da “Tianjiao” robotunun uzunluğa tullanma finalındakı iştirakını görüntülərlə qeydə alıb.

Pekində avqustun 22-dən 26-dək keçirilən builki Dünya Humanoid Robot Oyunlarında 16 ölkədən 666 komandanın ümumilikdə 2056 robotu iştirak edib. Yarış proqramına idman və real iş şəraitini imitasiya edən ümumilikdə 51 kateqoriya daxil edilib. Pekin şəhər hökumətinin məlumatına görə, iştirakçı robotların sayı ötənilki ilk turnirlə müqayisədə təxminən dörd dəfə artıb.

Turnirdə robotlar qaçış, uzunluğa və hündürlüyə tullanma, futbol və digər idman növləri ilə yanaşı, istehsalat, xidmət və fövqəladə vəziyyətlərə uyğunlaşdırılmış tapşırıqlarda da sınaqdan keçirilib. Yarışın məqsədlərindən biri humanoid robotların hərəkət, tarazlıq, koordinasiya və avtonom qərarvermə imkanlarını real şəraitə yaxın mühitdə qiymətləndirməkdir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.