Çexiya Prezidenti “Formula 1” yarışında fotoqraf oldu

Çexiya Prezidenti Petr Pavel Macarıstan Qran-prisinə rəsmi səfər üçün deyil, akkreditasiyalı fotoqraf kimi qatılıb. Dövlət başçısı Hunqarorinq trasında Formula 1 bolidlərinin fotolarını çəkib.

12

Çexiya Prezidenti Petr Pavel “Formula 1” üzrə Macarıstan Qran-prisinə dövlət başçısı kimi rəsmi səfər etmək əvəzinə, avtoidman fotoqrafı kimi qatılıb.

MSNews.az xəbər verir ki, Pavel iyulun 25-də Hunqarorinq trasına peşəkar fotoavadanlıq və Beynəlxalq Avtomobil Federasiyasının verdiyi rəsmi media akkreditasiyası ilə gəlib. O, məşq yürüşləri zamanı trasın kənarından “Formula 1” bolidlərinin fotolarını çəkib.

“Motorsport.com” yazır ki, Çexiya prezidentinin Macarıstana səfəri rəsmi xarakter daşımayıb. Pavel trasda çexiyalı “Formula 1” fotoqrafı Yirji Kreneklə birlikdə çalışıb və yarış həftəsonu üçün tam fotoqraf dəsti ilə akkreditasiyadan keçib.

Yarışdan əvvəl Pavel “Formula 1” padokunda Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd ben Sulayemlə də görüşüb. “Reuters Connect” tərəfindən yayımlanan görüntülərdə onun rəsmi media jileti geyindiyi və fotoqraf akkreditasiyası daşıdığı görünür.

Fotoqrafiya Petr Pavelin uzun illərdir məşğul olduğu hobbilərdən biridir. Çexiya Prezidenti 2026-cı ilin iyununda Fransada keçirilən “Le-Man 24 saatı” yarışını da fotoaparatla izləyib. O, bundan əvvəl Çexiyada MotoGP və Dünya Superbayk yarışlarında, ABŞ-da NASCAR tədbirində və Səudiyyə Ərəbistanında keçirilən Dakar rallisində foto çəkib.

Pavelin 2025-ci il Dakar rallisində çəkdiyi fotolar daha sonra Praqadakı Milli Texniki Muzeydə nümayiş etdirilib. Muzeyin məlumatına görə, sərgidə prezidentin avtoidmana və fotoqrafiyaya marağını birləşdirən işləri təqdim olunub.

“Motorsport.com” həmçinin Pavelin çəkdiyi yarış fotolarından ibarət albomun hərracından təxminən 30 min avro toplandığını yazır. Vəsait uşaqlara, tək valideynli ailələrə və yaşlı şəxslərə yardım göstərən xeyriyyə təşəbbüsünə yönəldilib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti