Cənubi Koreya İrana qarşı müharibəyə qoşulmaqdan imtina edib

Cənubi Koreya Prezidenti Li Çje Myon ölkəsinin İrana qarşı müharibəyə qoşulmayacağını açıqlayıb. Seul Hörmüz boğazında kommersiya gəmiçiliyinin təhlükəsizliyinə dəstək imkanlarını nəzərdən keçirir.

13

Cənubi Koreya Prezidenti Li Çje Myon ölkəsinin ABŞ-nin İrana qarşı apardığı müharibəyə qoşulmayacağını və hərbi münaqişədə birbaşa iştirakla nəticələnə biləcək qüvvə göndərilməsinə icazə verməyəcəyini açıqlayıb. Bununla belə, Seul Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə mümkün töhfəsini nəzərdən keçirir.

MSNews.az xəbər verir ki, Li Çje Myon bu barədə sentyabrın 18-də keçirdiyi mətbuat konfransında danışıb. Onun açıqlaması ABŞ Prezidenti Donald Trampın müttəfiqlərini İrana qarşı hərbi əməliyyatlara daha fəal dəstək verməyə çağırması fonunda səsləndirilib.

Bu barədə “Reuters”  agentliyi məlumat yayıb.

“Biz müharibəyə cəlb olunmağımıza səbəb olacaq hərbi qüvvə göndərməyəcəyik. Müharibədə iştirak və ya müdaxilə olmayacaq”, – deyə Cənubi Koreya Prezidenti bildirib.

Dövlət başçısı eyni zamanda ölkəsinin Hörmüz boğazından keçən ticarət gəmilərinin, neft daşımalarının və Cənubi Koreya vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlər görməli olduğunu vurğulayıb.

“Yonhap”  agentliyinin məlumatına görə, Seul hökuməti bu məqsədlə bölgədə dəniz təhlükəsizliyinə töhfə verilməsi imkanlarını araşdırır. Lakin prezident belə bir missiyanın İrana qarşı birbaşa döyüş əməliyyatlarında iştirakdan fərqləndirilməli olduğunu bildirib.

Cənubi Koreya hazırda Somali sahillərində dəniz quldurluğuna qarşı beynəlxalq əməliyyatlarda iştirak edir. Hörmüz boğazında təhlükəsizlik tədbirlərinin genişləndirilməsi məsələsi müzakirə olunsa da, hökumət ölkəni müharibəyə cəlb edə biləcək hərbi qüvvə yerləşdirilməsini istisna edir.

Bu arada, sentyabrın 18-də Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşən Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon Seulun Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasına töhfə vermək niyyətini bir daha təsdiqləyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.