Milan küçələrinə ordu yeridildi: 500 hərbçi səfərbər olundu

İtaliyanın Milan şəhərində kütləvi iğtişaşlardan sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Hökumət şəhərə əlavə 500 hərbçinin yerləşdirilməsini təsdiqləyib. Mərkəzin tam mühasirəyə alınması barədə məlumat isə təsdiqlənməyib.

Cənubi Koreya İrana qarşı müharibəyə qoşulmaqdan imtina edib

Cənubi Koreya Prezidenti Li Çje Myon ölkəsinin İrana qarşı müharibəyə qoşulmayacağını açıqlayıb. Seul Hörmüz boğazında kommersiya gəmiçiliyinin təhlükəsizliyinə dəstək imkanlarını nəzərdən keçirir.