Pentaqon Yaxın Şərqə əlavə qüvvələr göndərir – 2,5 min dəniz piyadası bölgəyə yollanır

Pentaqon "USS Tripoli" də daxil olmaqla desant gəmiləri ilə 2,5 min dəniz piyadasını Yaxın Şərqə göndərir. Qüvvələrin Hörmüz boğazında istifadə ediləcəyi gözlənilir.

144

Pentaqon Yaxın Şərqdə artan gərginlik fonunda regiona əlavə hərbi qüvvələr göndərilməsi barədə qərar verib. Məlumata görə, ABŞ təxminən 2,5 min dəniz piyadasını desant gəmiləri vasitəsilə bölgəyə yönləndirir.

Göndərilən qüvvələr arasında “USS Tripoli” desant gəmisi də yer alır. Bu gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya əməliyyatları üçün istifadə etdiyi əsas platformalardan biridir.

Qeyd olunur ki, söhbət 31-ci Dəniz Ekspedisiya Birliyi – “31st Marine Expeditionary Unit” (MEU) haqqında gedir. Bu birləşmə gəmilər üzərində yerləşən, sürətli şəkildə sahilə çıxaraq əməliyyatlar həyata keçirə bilən və müstəqil fəaliyyət göstərmək imkanına malik mobil hərbi qüvvədir.

Mənbələr bildirir ki, bu qüvvələr əsasən Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və İran sahilləri yaxınlığında mümkün əməliyyatlar üçün istifadə oluna bilər.

Ekspertlər hesab edir ki, ABŞ-ın bu addımı regionda hərbi mövcudluğunu gücləndirməklə yanaşı, İran üzərində təzyiqi artırmağa yönəlib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.