“Caucasian Live” analitik jurnalının ikinci buraxılışı yayımlandı

“Caucasian Live” analitik jurnalının 48 səhifəlik ikinci buraxılışı yayımlanıb. Nəşrdə səkkiz müəllifin beynəlxalq münasibətlər, demokratiya, milli maraqlar və ideoloji hərəkatlara dair məqalələri yer alıb.

155

“Caucasian Live” analitik jurnalının ikinci buraxılışı oxuculara təqdim olunub.

MSNews.az xəbər verir ki, 48 səhifədən ibarət yeni buraxılışda səkkiz müəllifin hazırladığı səkkiz analitik məqalə yer alıb.

Nəşrin bu buraxılışında beynəlxalq institutların fəaliyyət qabiliyyətini itirməsi, idarəolunan demokratiya modeli, “milli maraq” anlayışının arxasında dayanan elit münasibətlər və ideoloji hərəkatların hərbi gücə çevrilməsi kimi mövzular təhlil edilir.

Jurnalda Mete Türksoy, Emil Paşayev, Kamran Sultanlı, Atabala Məmmədov, Hüdayi Şirinli, Nurlan Səmədov, Pünhan Babayev və Nəsir Ağayevin yazıları dərc olunub.

Jurnalın PDF versiyasını bizim teleqram kanalımızdan yükləyə bilərsiniz.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.