“Caucasian Live” analitik jurnalının ikinci buraxılışı yayımlandı
“Caucasian Live” analitik jurnalının 48 səhifəlik ikinci buraxılışı yayımlanıb. Nəşrdə səkkiz müəllifin beynəlxalq münasibətlər, demokratiya, milli maraqlar və ideoloji hərəkatlara dair məqalələri yer alıb.
İran diplomatiyası: səbir və rəqibi yorma strategiyası
Siyasi araşdırmaçı Pərviz Əliyevin təhlilində İran diplomatiyasının tarixi danışıqlar modeli, səbir taktikası, çoxmərkəzli qərar mexanizmi və müasir ABŞ danışıqlarındakı rolu izah olunur.