Amarillis Foks Kennedi iki kəşfiyyat vəzifəsindən gedir

“The Washington Post” yazır ki, Robert Kennedi-kiçiyin gəlini Amarillis Foks Kennedi Tramp administrasiyasında tutduğu iki yüksək kəşfiyyat vəzifəsindən istefa verir. Mənbələr qərarın İran müharibəsi ilə də bağlı ola biləcəyini bildirirlər.

ABŞ səhiyyə naziri Robert Kennedi-kiçiyin gəlini, keçmiş MKİ əməkdaşı Amarillis Foks Kennedi Tramp administrasiyasında tutduğu iki yüksək kəşfiyyat vəzifəsindən istefa verir.

“The Washington Post”-un məlumatına görə, Foks Kennedi Milli Kəşfiyyat Direktoru Talsi Qabbardın siyasət və imkanlar üzrə müavini postundan, həmçinin Ağ Evin Büdcə İdarəsində kəşfiyyat və beynəlxalq məsələlər üzrə direktor müavini vəzifəsindən ayrılır.

Nəşrin yazdığına görə, Foks Kennedinin istefa qərarı ilə bağlı məlumatı məsələ ilə tanış olan beş mənbə təsdiqləyib. Mənbələrdən biri bildirib ki, qərara səbəb olan amillərdən biri onun Prezident Donald Trampın İranla bağlı hərbi siyasəti ilə razılaşmaması olub. Bununla belə, Foks Kennedi mayın 8-də həmkarlarına göndərdiyi məktubda İran müharibəsini qeyd etməyib və özəl sektora qayıtmaq, ailəsi ilə daha çox vaxt keçirmək istədiyini bildirib.

Foks Kennedi məktubunda iki il seçki kampaniyasında, bir il isə administrasiyada çalışdıqdan sonra ailəsinin ehtiyaclarına daha çox diqqət ayırmalı olduğunu yazıb. People” jurnalı qeyd edir ki, o, istefasının İran müharibəsi ilə bağlı fikir ayrılığına görə olması barədə məlumatları rədd edib və Trampı dəstəklədiyini bildirib.

ABŞ Milli Kəşfiyyat Direktorunun rəsmi saytında Foks Kennedi siyasət və imkanlar üzrə Milli Kəşfiyyat Direktoru müavini, eyni zamanda Büdcə İdarəsində kəşfiyyat və beynəlxalq məsələlər üzrə direktor müavini kimi göstərilir. Məlumata əsasən, o, Prezidentin Kəşfiyyat Məsləhət Şurasının və Kəşfiyyata Nəzarət Şurasının üzvü olaraq da fəaliyyət göstərib.

Talsi Qabbard Foks Kennedinin fəaliyyətini yüksək qiymətləndirib. “People”ın məlumatına görə, Qabbard açıqlamasında onun ODNI və OMB-dəki rəhbərliyinə görə təşəkkür edib və Foks Kennedinin Prezidentin Kəşfiyyat Məsləhət Şurasında işini davam etdirəcəyini bildirib.

Bu istefa ABŞ administrasiyasında İran müharibəsi fonunda baş verən ikinci səs-küylü ayrılıq kimi təqdim olunur. Mart ayında Milli Antiterror Mərkəzinin direktoru Co Kent də vəzifəsindən istefa vermişdi. Kent istefa açıqlamasında İranın ABŞ üçün qaçılmaz təhlükə yaratmadığını bildirib və Tramp administrasiyasının İranla müharibəsini dəstəkləyə bilməyəcəyini qeyd edib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.