ABŞ-da İsrailə 40 min bombanın satışı dayandırıldı

ABŞ konqresmeni Qreqori Miks İsrailə 2,8 milyard dollarlıq silah satışının razılaşdırılmasını dayandırıb. O, 40 min ağır bombanın mülki əhaliyə qarşı istifadə edilməyəcəyinə dair əlavə təminatlar tələb edir.

18

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Demokratlar Partiyasının aparıcı nümayəndəsi Qreqori Miks İsrailə 2,8 milyard dollar dəyərində 40 min ağır bombanın satışının razılaşdırılması prosesini dayandırıb. Konqresmen silahların mülki əhaliyə qarşı istifadə olunmayacağına dair əlavə təminatlar tələb edir.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters”  agentliyi məlumat yayıb.

Sentyabrın 16-da açıqlanan qərara əsasən, Qreqori Miks Donald Tramp administrasiyasının təklif etdiyi silah sövdələşməsinə razılıq verməkdən imtina edib.

Satış paketinə hər birinin çəkisi təxminən 907 kiloqram olan 20 min MK-84 və 20 min BLU-117 bombası daxildir.

Miks bildirib ki, sözügedən bombaların Qəzza və Livanın sıx məskunlaşmış ərazilərində istifadəsi ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, Tramp administrasiyası silahların ABŞ qanunvericiliyinə uyğun və mülki əhalinin təhlükəsizliyi nəzərə alınmaqla istifadə ediləcəyinə dair kifayət qədər təminat verməyib.

Konqresmen İsrailin təhlükəsizliyini və özünü müdafiə etmək hüququnu dəstəklədiyini vurğulasa da, Amerika silahlarının qanuni və məsuliyyətli şəkildə istifadəsinə nəzarətin vacibliyini qeyd edib.

Bununla belə, Miksin qərarı sövdələşmənin birdəfəlik ləğvi demək deyil. ABŞ dövlət katibi Marko Rubio silah tədarükünün milli təhlükəsizlik baxımından fövqəladə əhəmiyyət daşıdığını elan edərək Konqresdə adi nəzərdən keçirilmə prosedurundan yan keçə bilər.

Qeyd edək ki, Co Bayden administrasiyası 2024-cü ildə Qəzzada mülki əhali arasında kütləvi itkilərlə bağlı narahatlıqlar səbəbindən İsrailə bu tip ağır bombaların bir partiyasının göndərilməsini dayandırmışdı. Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra həmin məhdudiyyəti aradan qaldırıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.