Myanma bazar günü seçkilərə gedir, lakin ölkə vətəndaş müharibəsi və Asiyanın ən ağır humanitar böhranlarından biri ilə mübarizə aparır.
2021-ci ildə baş verən hərbi çevriliş nəticəsində Nobel Sülh Mükafatı laureatı Aung San Suu Kyinin rəhbərlik etdiyi seçilmiş mülki hökumət devrildi, və bu, ölkənin artıq cənub-şərqi Asiyanın ən kasıb ölkələrindən biri olduğu bir vaxtda, genişmiqyaslı münaqişəni ortaya çıxardı.
“Reuters”-in məlumatına görə, ölkədəki humanitar böhran vətəndaş müharibəsinin güclənməsi və təkrarlanan təbii fəlakətlər, o cümlədən mart ayında baş verən böyük zəlzələ ilə daha da ağırlaşıb.
Hökumət qida böhranı ilə bağlı məlumatları gizlətmək üçün tədqiqatçılara və yardım işçilərinə təzyiq göstərib, həmçinin çevrilişdən sonra jurnalistlərə qarşı ciddi repressiyalar tətbiq olunub.
BMT-nin məlumatına görə, Myanma dünyadakı ən az maliyyələşdirilən yardım əməliyyatlarına sahibdir və yalnız tələb olunan maliyyənin 12%-i təmin olunub. ABŞ tərəfindən humanitar yardımların azaldılması əhaliyə böyük zərbə vurub.
Hazırda 51 milyon əhalinin təxminən 20 milyonu yardıma möhtacdır, yüksək inflyasiya və valyutanın devalvasiyası nəticəsində əhalinin təxminən yarısı yoxsulluq həddinin altına düşüb.
BMT hesab edir ki, 3,6 milyondan çox insan evlərini tərk edib, münaqişədə isə 6,800-dən çox mülki şəxs həyatını itirib. Dünyada ən təcili yardıma ehtiyacı olan beşinci qrup olaraq, Myanma qlobal miqyasda “açlıq zonasına” çevrilib.
Dünya Qida Proqramının (WFP) məlumatına görə, 12 milyondan çox insan növbəti il ərzində kəskin aclıqla üzləşəcək, onlardan 1 milyonu həyati dəstəyə ehtiyac duyacaq. 16 milyondan çox insan kəskin qida çatışmazlığı yaşayır. 540,000-dən çox uşaq kəskin malnutrisiyadan əziyyət çəkəcək, bu isə keçən ilə nisbətən 26% artım deməkdir. 5 yaşın altındakı hər üç uşaqdan biri artıq böyümədə gecikmə ilə üzləşib.
Ötən illərdə Myanmanın iqtisadiyyatı vətəndaş müharibəsi, təbii fəlakətlər və yalnış idarəçilik səbəbindən əziyyət çəkib. Lakin Dünya Bankının məlumatına görə, iqtisadiyyat bəzi göstəricilərdə yaxşılaşma əlamətləri göstərir və ÜDM artımı növbəti maliyyə ilində 3% ətrafında proqnozlaşdırılır.
Artım əsasən zəlzələdən sonra bərpa işləri və ən çox zərər çəkmiş bölgələr üçün davamlı yardım sayəsində təmin olunacaq, baxmayaraq ki, inflyasiya hələ də 20%-in üzərində qalacaq.
Elektrik təchizatının pisləşməsi milyonlarla insanı uzun müddətli kəsintilərlə üz-üzə qoyur, buna görə evlər və bizneslər etibarlı enerji üçün günəş enerjisinə üstünlük verməyə başlayıb.
Rusiyanın Myanma ilə iqtisadi və enerji sahəsində münasibətləri genişləndirməsi nəticəsində iyunda investisiya sazişi imzalanıb, bu isə Rusiyanın enerji şirkətləri üçün Cənub-Şərqi Asiyada yeni imkanlar yarad bilər.