Cənubi Koreya: Hərbi vəziyyət cəhdində iştirak edən polis rəhbəri vəzifədən azad edildi

Cənubi Koreya Konstitusiya Məhkəməsi, keçmiş prezident Yoon Suk-Yeol-un 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etmə cəhdində iştirak edən polis baş idarəsinin rəhbəri Ço Ji-ho-nun vəzifədən azad edilməsini təsdiqləyib.

112

Cənubi Koreyanın “Yonhap” agentliyinin xəbərinə görə, Konstitusiya Məhkəməsi uyğun səs çoxluğu ilə keçmiş polis baş idarəsi rəisi Ço Ji-ho-nun vəzifədən azad edilməsini təsdiqləyib.

Qərarda qeyd olunub ki, Çonun hərəkətləri keçmiş prezident Yoon Suk-Yeol-un konstitusiyaya zidd və qanunsuz əmrlərini yerinə yetirməyə xidmət edib.

Məhkəmə həmçinin Çonun təmsilçi demokratiya və səlahiyyətlərin ayrılığı prinsiplərini, eləcə də, millət vəkillərinin konstitusiyaya uyğun səsvermə hüququnu pozduğu qənaətinə gəlib.

Seul Mərkəzi Regional Məhkəməsi 14 dekabr 2024-cü ildə hərbi vəziyyət cəhdi ilə bağlı aparılan araşdırma çərçivəsində Ço və Seul Metropol Polis İdarəsi rəisi Kim Bonq-sikin həbsinə qərar vermişdi. İki polis rəhbərinin, hərbi vəziyyət elanından sonra Milli Məclisi polis kordonuna almaqla, qərar üçün səs verəcək millət vəkillərinin parlamentə daxil olmasını əngəllədikləri iddia edilirdi.

Ço, həbsdə verdiyi ilkin ifadəsində keçmiş prezident Yoonun hərbi vəziyyət əmrlərinə qarşı çıxan hər kəsi “bütün millət vəkillərinin həbs edilməsi” ilə hədələdiyini bildirib.

Dönəmin prezidenti Yoon Suk-Yeol, 3 dekabr 2024-cü ildə “müxalifətin dövlət əleyhinə fəaliyyət göstərdiyi” iddiası ilə hərbi vəziyyət elan etmiş, Milli Məclisin bu qərarı ləğv etməsi nəticəsində geri addım atmaq məcburiyyətində qalmışdı.

14 dekabr 2024-cü il tarixində keçirilən səsvermədə Yoonun vəzifədən alınması istənilmiş və müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Konstitusiya Məhkəməsi 4 aprel tarixli qərarında Milli Məclisin bu tələbi ilə razılaşaraq Yoonun vəzifədən azad edilməsini təsdiqləmişdi.

Yoonun vəzifədən uzaqlaşdırılmasından sonra keçirilən seçkilərdə əsas müxalif Demokrat Partiyasının namizədi Li Jae-myunq qalib gəlib və 4 iyun tarixində parlamentdə and içərək rəsmi olaraq vəzifəsini icra etməyə başlamışdır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031