Dünyanın ən zəngin insanı inancını dəyişdi

"SpaceX" və "Tesla"-nın sahibi İlon Mask uzun illər ateist olduğunu söyləsə də, son açıqlamasında kainatın bir yaradıcıya malik olduğuna inandığını bildirib və inancında mühüm dəyişiklik olduğunu qeyd edib.

110

İlon Mask inanc dünyasında mühüm dəyişiklik olduğunu açıqlayıb.

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, uzun müddət özünü ateist və ya aqnostik olaraq tanıtdıqdan sonra son illərdə ruhani məsələlərə yönəldiyini və indi yaradıcıya inandığını bildirib.

Mask bu fikirləri çərşənbə axşamı günü qatıldığı bir podkast proqramında səsləndirib. Keçmişdə heç bir dini inanca sahib olmadığını deyən milyarder, indi “kainatın bir yaradıcıdan doğulduğuna” inandığını vurğulayıb:

“Bu kainatın bir şeydən doğulduğuna inanıram. İnsanlar Tanrı üçün fərqli etiketlər istifadə edirlər” — deyə o bildirib.

Mask həmçinin bəzi qeyri‑adi baxışlarını da bölüşərək kainatın böyük ehtimalla nəhəngbir kompüter simulyasiyası ola biləcəyini və insan həyatının da bu simulyasiyanın bir hissəsi olma ehtimalını müzakirəyə çıxarıb.

Bu açıqlamalar sosial mediada geniş rezonans doğurub və milyarder iş insanının elm, ruhaniyyət və kainatın mənası barədə baxışlarının dəyişdiyinə dair müzakirələrə səbəb olub.