Qazaxda evdə partlayış: ana və oğul yaralandı – Video

Qazax rayonunun Yuxarı Salahlı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində partlayış baş verib.

33

Qazax rayonunun Yuxarı Salahlı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində partlayış baş verib.

Bu barədə MsNews.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Qazax rayonu, Yuxarı Salahlı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi sahəsi 20 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib, nəticədə 2 nəfər xəsarət alıb, tikiliyə ziyan dəyib,

“FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”, – məlumatda bildirilib.

Trend-in məlumatına görə, hadisə axşam saatlarında baş verib.

“Ceyran sobası”ndan istifadə edən ev sakini D.Kəlayeva qaz təchizatının dayandırılmasından xəbərsiz olub. Qazı açıq qoyaraq yatıb. Qadının oğlu M.Kəlayev işdən evə qayıtdıqdan sonra qazı yandırmağa cəhd edib və nəticədə yığılan qazın alışması ilə partlayış baş verib.

Hadisə zamanı D.Kəlayeva üz nahiyəsindən, onun oğlu M.Kəlayev isə əl və ayaqlarından yanıq xəsarətləri alıb. Məlumata görə, qadının vəziyyəti qənaətbəxşdir, oğlu isə müalicə üçün Bakıya gətirilir.

TƏBİB-dən bildirilib ki, 26.11.2026-cı il tarixində saat 07:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Qeyd olunub ki, hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digər şəxsin vəziyyəti isə ağır qiymətləndirilir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti