FIFA kiberhücuma məruz qaldı

Beynəlxalq futbol qurumu FİFA kiberhücuma məruz qalıb, nəticədə şəxsi, eləcə də kommersiya məlumatlarının müəyyən hissəsinə icazəsiz giriş əldə edilib.

7

Beynəlxalq futbol qurumu FİFA kiberhücuma məruz qalıb, nəticədə şəxsi, eləcə də kommersiya məlumatlarının müəyyən hissəsinə icazəsiz giriş əldə edilib.

MsNews.az APA-ya istinadla xəbər verir ki, bu barədə FİFA-nın sözçüsü məlumat verib.

“FİFA məhdud sayda şəxsi və iş məlumatlarına icazəsiz girişlə nəticələnən cinayətkar kiberhücumun qurbanı olduğunu təsdiqləyə bilər”, – FİFA-nın sözçüsü deyib.

Kiberhücum nəticəsində neçə nəfərin məlumatlarının ələ keçirildiyi, hadisənin nə vaxt baş verdiyini və hansı kommersiya məlumatlarının təsirləndiyini açıqlanmayıb. Məlumatların internetdə yayımlanıb-yayımlanmadığı və ya harada dərc edildiyi ilə bağlı da dəqiq məlumat verilməyib.

Məsələ ilə bağlı məlumatlı mənbə “Reuters“ə bildirib ki, FIFA-nın ümumi məlumat bazasının 0,1 faizindən az hissəsi kiberhücuma məruz qalıb.

Etiketlər:
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti