Dünyanın ən gözəl qadınları hansı ölkədə yaşayır? – TOP-20

"Mytour" turizm platforması ən gözəl qadınların yaşadığı ölkələrin reytinqini açıqlayıb. Rusiya birinci, Venesuela ikinci, Hindistan isə üçüncü yerdə qərarlaşıb. Siyahıya ümumilikdə 20 ölkə daxil edilib.

24

Dünyanın ən gözəl qadınlarının yaşadığı ölkələrin yeni reytinqi açıqlanıb. Mytour turizm platformasının hazırladığı siyahıda Rusiya birinci yeri tutub. İlk üçlüyə Venesuela və Hindistan da daxil olub.

MSNews.az xəbər verir ki, reytinqin nəticələrini “Wasted” nəşri sosial şəbəkələrdə yayımlayıb. Siyahıda ümumilikdə 20 ölkə yer alıb.

Reytinqi tərtib edənlər rusiyalı qadınların xarici görünüşündə Avropa və Asiya xüsusiyyətlərinin birləşməsini, göz quruluşunu və digər estetik cəhətləri önə çəkiblər.

Siyahıda Venesuela ikinci, Hindistan üçüncü, Argentina dördüncü, Serbiya isə beşinci yerdə qərarlaşıb. İlk onluğu İsveç, Kolumbiya, Fransa, İtaliya və Niderland tamamlayır.

“Mytour” platformasının reytinqinə əsasən, ilk 20-lik belədir:

  1. Rusiya

2.Venesuela

3.Hindistan

4.Argentina

5.Serbiya

6.İsveç

7.Kolumbiya

8.Fransa

9.İtaliya

10.Niderland

11.ABŞ

12.Danimarka

13.Böyük Britaniya

14.Kanada

15.Avstraliya

16.Filippin

17.Cənubi Koreya

18.Türkiyə

19.Braziliya

20.Ukrayna

“Radio 1” nəşrinin məlumatına görə, ABŞ siyahıda 11-ci, Türkiyə 18-ci, Ukrayna isə 20-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinq elmi araşdırmaya deyil, subyektiv estetik qiymətləndirməyə əsaslanır. Platforma ölkələrin hansı sorğu və ya statistik metodologiya əsasında sıralandığını açıqlamayıb. Buna görə də nəticələr dünyada qəbul olunmuş obyektiv gözəllik göstəricisi kimi qiymətləndirilə bilməz.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.