Rusiyaya qarşı 10 ölkədən dəniz ittifaqı – Yeni hərbi saziş hazırlanır

Böyük Britaniya və Şimali Avropanın daha doqquz ölkəsi Rusiyanın sualtı qayıq fəaliyyətinə qarşı dəniz əməkdaşlığını gücləndirir. Yeni razılaşma Şimali Atlantika, Arktika və Baltik dənizində birgə hərbi əməliyyatları genişləndirəcək.

23

Böyük Britaniyanın rəhbərliyi ilə Şimali Avropanın 10 ölkəsi Rusiyanın dənizdəki hərbi fəaliyyətinə qarşı əməkdaşlığı gücləndirməyə hazırlaşır. Yeni təşəbbüs Şimali Atlantika, Arktika və Baltik dənizində Rusiya sualtı qayıqlarının fəaliyyətinin izlənilməsini, strateji dəniz yollarının və kritik infrastrukturun qorunmasını nəzərdə tutur.

MSNews.az xəbər verir ki, söhbət Böyük Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələri (JEF) çərçivəsində inkişaf etdirilən “Northern Navies” – “Şimal Hərbi Dəniz Qüvvələri” təşəbbüsündən gedir.

“Financial Times” nəşrinin məlumatına görə, Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi Riçard Nayton Avropa ölkələrinin Rusiya təhlükəsinə qarşı hərbi əməkdaşlığı gücləndirməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə Rusiya sualtı qayıqlarının gəmiçilik marşrutlarına və sualtı infrastruktura yarada biləcəyi risklərə qarşı birgə fəaliyyət vacibdir.

Təşəbbüsdə Böyük Britaniya, Niderland, Norveç, Finlandiya, İsveç, İslandiya, Danimarka, Latviya, Litva və Estoniya iştirak edir. Ölkələr yalnız kəşfiyyat məlumatlarının mübadiləsi ilə kifayətlənməyərək hərbi dəniz, hava və digər qüvvələrin koordinasiyasını genişləndirməyi planlaşdırırlar.

Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, 10 ölkə 2026-cı il iyulun 9-da dəniz əməkdaşlığının gücləndirilməsinə dair ilkin sənədi artıq razılaşdırıb. Növbəti mərhələdə birgə hərbi planlaşdırma, təlimlər, logistika və texniki imkanların inteqrasiyası nəzərdə tutulur.

Yeni razılaşma üzrə müzakirələrin Britaniyanın “HMS Prince of Wales” aviadaşıyıcısında keçirilən beynəlxalq təhlükəsizlik tədbirləri çərçivəsində davam etdirilməsi gözlənilir.

Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin 6 noyabr tarixli açıqlamasına əsasən, gəmi Norveçin paytaxtı Osloya gəlib. Burada Avropanın hərbi və siyasi rəhbərlərinin iştirakı ilə beynəlxalq konfranslar təşkil olunacaq. Bununla belə, yekun sazişin məhz gəmidə imzalanacağı hələ rəsmi şəkildə təsdiqlənməyib.

Təşəbbüsün əsas məqsədlərindən biri Rusiya hərbi dəniz qüvvələrinin fəaliyyətinə qarşı çəkindirmə imkanlarını artırmaq, eləcə də sualtı kommunikasiya kabellərini və enerji infrastrukturunu qorumaqdır.

Yeni əməkdaşlıq mexanizminin NATO-nu əvəz etməsi nəzərdə tutulmur. Əksinə, iştirakçı ölkələr onun alyansın Şimali Avropadakı müdafiə imkanlarını tamamlayacağını bildirirlər.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.