Fransada görünməmiş hadisə: 2027-ci ilin büdcəsinə bir nəfər də səs vermədi

Fransa Milli Assambleyası 2027-ci ilin dövlət büdcəsi layihəsini ilk oxunuşda rədd edib. 458 deputat əleyhinə səs verib, heç kim layihəni dəstəkləməyib. Makronun siyasi müttəfiqləri də əleyhinə səs verənlər arasında olub.

36

Fransa parlamentində 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı qeyri-adi hadisə yaşanıb. Milli Assambleyada keçirilən səsvermədə heç bir deputat büdcə layihəsinin lehinə səs verməyib. Hətta Prezident Emmanuel Makronun siyasi müttəfiqləri də sənədin əleyhinə çıxıblar.

MSNews.az xəbər verir ki, noyabrın 4-də keçirilən səsvermədə büdcə layihəsinin gəlirlər hissəsi 458 səslə rədd edilib, 2 deputat bitərəf qalıb. Layihənin lehinə isə bir səs belə verilməyib.

“LCP” parlament telekanalının məlumatına görə, hökumətin ilkin təqdim etdiyi büdcə layihəsi müzakirələr zamanı müxtəlif siyasi qüvvələrin təklifləri əsasında əhəmiyyətli dərəcədə dəyişdirilib.

Nəticədə sənəd nə müxalifətin, nə də hökumətyönlü deputatların dəstəyini qazana bilib.

Makronun siyasi qüvvəsi olan “Ensemble pour la République” fraksiyasından 63 deputat layihənin əleyhinə səs verib. Digər hökumətyönlü qrupların səsvermədə iştirak edən nümayəndələri də sənədi dəstəkləməyiblər.

Parlamentdəki müzakirələr zamanı büdcənin dəyişdirilmiş variantı ziddiyyətli və tətbiqi çətin sənəd kimi qiymətləndirilib.

Gəlirlər hissəsinin rədd edilməsi nəticəsində 2027-ci ilin büdcə layihəsi Milli Assambleyada ilk oxunuşdan keçməyib. Buna görə deputatlar xərclər hissəsini müzakirə etmədən sənədin parlamentin aşağı palatasındakı baxışını başa çatdırıblar.

Bununla belə, büdcənin qəbul prosesi tam dayanmayıb. Hökumətin ilkin layihəsi növbəti müzakirələr üçün Senata göndəriləcək.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.