İranın Ukrayna şəhərlərini raketlə vuracaq?

İranın IRINN dövlət televiziyasında Kiyev, Odessa və Lvovun raket hücumları üçün hədəf göstərildiyi barədə məlumatlar yayılıb. Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi yayılan görüntülərin saxtalaşdırıldığını açıqlayıb.

50

İranın dövlət televiziyası IRINN-in ABŞ-nin mümkün hərbi hücumuna cavab olaraq Ukraynanın Kiyev, Odessa və Lvov şəhərlərini potensial raket hədəfləri kimi göstərdiyi barədə məlumatlar yayılıb. Lakin Ukrayna rəsmiləri bu iddiaların saxta görüntülərə əsaslandığını açıqlayıblar.

MSNews.az xəbər verir ki, noyabrın 4-də sosial şəbəkələrdə İranın dövlət telekanalına aid olduğu iddia edilən xəritə yayılıb. Görüntüdə İran ərazisindən Avropaya istiqamətlənən raketlər, Ukraynanın üç şəhəri və Polşanın Jeşuv şəhəri əks olunub.

Bəzi media orqanları xəritənin IRINN-in efirində nümayiş etdirildiyini və ABŞ-nin İrana hücum edəcəyi təqdirdə bu şəhərlərin hədəfə alınacağını yazıblar.

Lakin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumatı təkzib edib.

Qurumun açıqlamasına görə, yayılan ekran görüntüsü saxtalaşdırılıb. IRINN-in orijinal efirində fərqli təsvir nümayiş etdirilib və Ukrayna şəhərlərinə mümkün raket zərbələrindən danışılmayıb. Mərkəz belə məlumatların əhali arasında təşviş yaratmağa yönəldiyini bildirib.

Beləliklə, İranın Kiyev, Odessa və Lvovu raket hədəfi elan etməsi barədə məlumat təsdiqlənmir.

 

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.