Türkiyədə sabiq nazir həbs edildi

Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya maliyyə bazarlarında aparılan istintaq çərçivəsində həbs edilib. Onun həyat yoldaşı və Kapital Bazarları Şurasının keçmiş sədri barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.

37

Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya maliyyə bazarlarında aparılan fond istintaqı çərçivəsində həbs edilib. O, kapital bazarları haqqında qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzvlükdə şübhəli bilinir.

MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi və “TRT Haber” məlumat yayıb.

İstanbul Baş Prokurorluğunda ifadəsi alınan sabiq nazir 2 saat 15 dəqiqə dindirildikdən sonra həbs tələbi ilə məhkəməyə göndərilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın əsasını “Özata Denizcilik” şirkətinin səhmləri ilə bağlı şübhəli əməliyyatlar təşkil edir. Prokurorluğun məlumatına görə, Kaya qiymətli kağızların dəyərinə təsir edə biləcək, ictimaiyyətə açıqlanmamış məlumatlara malik olmaqda şübhəli bilinir.

İş üzrə sabiq nazirin həyat yoldaşı İlyas Kaya və Türkiyənin Kapital Bazarları Şurasının (SPK) keçmiş sədri İbrahim Ömer Gönül də ifadə veriblər.

Məhkəmə onların hər ikisini ölkədən çıxış qadağası və mütəmadi imza vermək şərti ilə sərbəst buraxıb.

Qeyd edək ki, Fatma Betül Sayan Kaya 2026-cı ilin sentyabrında istintaqla bağlı iddialar fonunda hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) rəhbər vəzifəsindən ayrılmışdı.

İstintaq davam edir və həbs qərarı sabiq nazirin təqsirinin məhkəmə hökmü ilə sübuta yetirilməsi demək deyil.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.