Lavrov: “ATƏT acınacaqlı vəziyyətdədir, Avropa İttifaqı hərbi bloka çevrilir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in mövcud vəziyyətini kəskin tənqid edib. O, Qərbi təşkilatı NATO və Avropa İttifaqının maraqlarına xidmət edən alətə çevirmək cəhdində ittiham edib.

43

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı vəziyyətini “açıq-aydın acınacaqlı” adlandıraraq buna görə Qərb dövlətlərinin qarşıdurmaya əsaslanan siyasətini günahlandırıb.

MSNews.az xəbər verir ki, Lavrov bu barədə noyabrın 3-də Minskdə keçirilən IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı danışıb.

Məlumatı “İnterfaks” agentliyi yayıb.

“Vyana təşkilatının hazırkı vəziyyəti açıq-aydın acınacaqlıdır və bu, Qərb ölkələrinin qarşıdurma xarakterli blok təfəkkürünün nəticəsidir”, – deyə Rusiya XİN rəhbəri bildirib.

Lavrovun sözlərinə görə, Qərb dövlətləri ATƏT-i özlərinin, NATO-nun və Avropa İttifaqının maraqlarına ideoloji xidmət göstərən vasitəyə çevirməyə çalışıblar.

O, həmçinin Avropa İttifaqının sosial-iqtisadi inteqrasiya birliyindən Rusiya və Belarusa qarşı yönəlmiş “aqressiv militarist bloka” çevrildiyini iddia edib.

Nazir hesab edir ki, ATƏT beynəlxalq təhlükəsizlik sistemində rolunu qorumaq istəyirsə, təşkilatda köklü islahatlar aparılmalıdır. O, mövcud Avroatlantik təhlükəsizlik modelinin ciddi şəkildə yenidən nəzərdən keçirilməsinə çağırıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.