Qrenlandiya ABŞ ordusuna geniş hərbi səlahiyyətlər verən sazişi təsdiqlədi

Qrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib. Razılaşma Amerika ordusuna adada hava, quru və dəniz vasitəsilə hərəkət imkanları yaradır, yeni hərbi bazaların qurulmasına yol açır.

60

Qrenlandiya parlamenti ABŞ və Danimarka ilə imzalanmış yeni təhlükəsizlik sazişini rəsmən təsdiqləyib. Razılaşma Amerika Silahlı Qüvvələrinin adadakı hərbi fəaliyyətini genişləndirir, ABŞ ordusuna hava, quru və dəniz yollarından istifadə imkanları yaradır.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Noyabrın 3-də keçirilən səsvermədə 16 deputat sazişin lehinə səs verib, 7 deputat bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.

Sentyabrın 22-də ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen tərəfindən imzalanan saziş 1951-ci il müdafiə razılaşmasını genişləndirir.

Ağ Evin dərc etdiyi sənədə əsasən, ABŞ hərbi qüvvələri Qrenlandiyada müəyyən edilmiş müdafiə əraziləri arasında hava, quru və dəniz yolları ilə sərbəst hərəkət edə biləcəklər. Amerika hərbi təyyarələrinə adanın hava məkanından istifadə və eniş, dövlət gəmilərinə isə ərazi sularında hərəkət imkanları tanınır. Bu hüquqlar sazişdə nəzərdə tutulan şərtlər və tərəflərin razılaşdırdığı məhdudiyyətlər çərçivəsində həyata keçiriləcək.

Razılaşma həmçinin Qrenlandiyada iki yeni ABŞ hərbi bazasının yaradılmasına və Donald Trampın təşəbbüsü olan “Golden Dome” raketdən müdafiə sisteminin yerləşdirilməsinə imkan yaradır.

Bununla belə, saziş Qrenlandiyanın ABŞ-yə verilməsi demək deyil. Sənəd Danimarkanın suverenliyini və Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququnu təsdiqləyir.

Qrenlandiyanın xarici işlər naziri Mute Eqede qərarı adanın təhlükəsizliyi və gələcəyi baxımından mühüm addım adlandırıb.

Parlamentdə təmsil olunan müstəqillik tərəfdarı Naleraq partiyası isə razılaşmanın Qrenlandiyaya kifayət qədər iqtisadi fayda gətirmədiyini əsas gətirərək səsvermədə bitərəf qalıb.

Sazişin qüvvəyə minməsi üçün Danimarka parlamentinin də təsdiqi tələb olunur. Kopenhagendə sənədin noyabrın 11-də müzakirəyə çıxarılması, noyabrın 19-da isə səsvermənin keçirilməsi planlaşdırılır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.