Lavrov: “’3+3′ formatında növbəti görüş Azərbaycanda keçirilə bilər”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” regional əməkdaşlıq platformasının növbəti görüşünün keçirilməsini dəstəklədiklərini bildirib. Moskva görüşün əvvəl Azərbaycanda, daha sonra Ermənistanda təşkilini təklif edir.

56

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz ölkələri və onların qonşularını birləşdirən “3+3” regional əməkdaşlıq platformasının növbəti görüşünün keçirilməsini dəstəklədiklərini açıqlayıb. O, görüşün əvvəl Azərbaycanda, sonrakının isə Ermənistanda təşkil olunmasını məqsədəuyğun hesab etdiyini bildirib.

MSNews.az xəbər verir ki, Lavrov bu barədə oktyabrın 15-də Bakıda jurnalistlərə açıqlamasında danışıb. Rusiya XİN rəhbərinin sözlərinə görə, hazırda növbəti görüşün harada keçiriləcəyi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılaşma gözlənilir.

“Biz bir neçə dəfə görüşmüşük və hazırda Ermənistanla Azərbaycanın bu qrupun xarici işlər nazirlərinin növbəti görüşünə kimin ev sahibliyi edəcəyi barədə razılığa gəlməsini gözləyirik. Hesab edirəm ki, görüşü əvvəl Azərbaycanda, növbətisini isə İrəvanda keçirə bilərik. Bu, düzgün addım olardı”, – Lavrov bildirib.

Rusiya XİN rəhbəri Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılan platformanın yalnız ayrı-ayrı layihələrlə məhdudlaşmadığını, bütövlükdə regional əməkdaşlığa xidmət etdiyini vurğulayıb.

“3+3” formatı Azərbaycan, Ermənistan və Gürcüstan, eləcə də onların üç böyük qonşusu – Türkiyə, Rusiya və İran arasında əməkdaşlığı nəzərdə tutur.

Lakin Gürcüstan indiyədək bu formatda keçirilən görüşlərdə iştirak etməyib. Rəsmi Tbilisi bunu Rusiya ilə ərazi mübahisələri və Moskvanın Abxaziya və Cənubi Osetiyadakı hərbi mövcudluğu ilə əlaqələndirir.

Platforma çərçivəsində əvvəlki görüşlər Moskva, Tehran və İstanbulda keçirilib. Son nazirlər görüşü 2024-cü ilin oktyabrında İstanbulda baş tutub.

Hazırda növbəti görüşün dəqiq tarixi və keçiriləcəyi yer rəsmi şəkildə elan olunmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.