Çin ABŞ və Rusiya ilə Ukrayna danışıqlarından imtina edir

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Çinin ABŞ və Rusiya ilə Ukrayna üzrə üçtərəfli sammitə hazırlaşmadığını açıqlayıb. Pekin sülh danışıqlarında Avropanın da iştirak etməli olduğunu düşünür.

58

Çin ABŞ və Rusiya ilə Ukraynadakı müharibənin həllinə dair üçtərəfli sammit keçirməyə hazırlaşmır. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bildirib ki, Çin lideri Si Cinpin Pekində keçirilən görüş zamanı belə danışıqların planlaşdırılmadığını açıq şəkildə ifadə edib.

MSNews.az xəbər verir ki, Ştaynmayer bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, Si Cinpin Ukrayna məsələsinin ABŞ, Rusiya və Çin arasında ayrıca sammitdə müzakirəsi təşəbbüsünə müsbət yanaşmayıb.

Bu barədə “ZDF” və “n-tv” məlumat yayıb.

“Onun fikrincə, ABŞ, Rusiya və Çinin iştirakı ilə Ukrayna sammitinə dair hazırda heç bir hazırlıq aparılmır”, – Almaniya Prezidenti bildirib.

Ştaynmayerin sözlərinə görə, Çin lideri Ukraynadakı müharibənin Avropaya birbaşa aid olduğunu və avropalıların mümkün sülh danışıqlarında mütləq iştirak etməli olduğunu vurğulayıb.

Noyabrın 18–19-da Çinin Şencen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ, Rusiya və Çin liderlərinin mümkün görüşü də gündəmdədir. Lakin Ştaynmayerin açıqlamasına əsasən, belə bir görüş baş tutsa belə, Ukrayna məsələsinin gündəliyə daxil edilməsi nəzərdə tutulmur.

“Reuters” agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl üçtərəfli görüş imkanının müzakirə edildiyini, lakin görüşün təşkili və gündəliyi barədə konkret razılaşma əldə olunmadığını açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp mümkün görüşdə Ukrayna məsələsini də qaldıra biləcəyini bildirsə də, Pekinin bu istiqamətdə danışıqlara hazırlaşdığı təsdiqlənməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.