İranın mümkün zərbə hədəfləri açıqlandı – Siyahıda 8 ölkə var

ABŞ və ya İsrailin yeni hücumu halında İranın səkkiz ölkədəki strateji obyektləri hədəfə ala biləcəyi bildirilir. Siyahıda hava limanları, enerji infrastrukturu və digər obyektlər yer alır.

53

ABŞ və ya İsrailin İrana qarşı yeni hərbi əməliyyata başlayacağı təqdirdə Tehranın səkkiz ölkədəki strateji obyektlərə cavab zərbələri endirə biləcəyi bildirilir. Yayılan siyahıda hərbi obyektlərlə yanaşı, mülki infrastruktur da yer alır.

MSNews.az “Azad İran” teleqram kanalına istinadən məlumat yayıb.

Məlumata əsasən, mümkün hədəflər İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Oman və İordaniyada yerləşir.

Siyahıda dəniz və hava limanları, elektrik stansiyaları, sualtı rabitə kabelləri, hotellər və iri ticarət mərkəzlərinin adı çəkilir. Bununla belə, bu siyahının İranın rəsmi hərbi qurumları tərəfindən təsdiqləndiyinə dair məlumat yoxdur.

ABŞ-nin “The Wall Street Journal” nəşri də oktyabrın 22-də İranın mümkün yeni hücumlara cavab olaraq Fars körfəzi ölkələrindəki iqtisadi və mülki infrastrukturu hədəfə ala biləcəyi barədə xəbərdarlıq etdiyini yazıb.

Bundan əvvəl İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi ABŞ və İsrailin yeni hərbi əməliyyatı zamanı İran rəsmilərinin və mülki şəxslərin öldürüləcəyi təqdirdə müharibədə iştirak edən ölkələrin infrastrukturunun hədəf hesab edilə biləcəyini bildirmişdi. Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Noyabrın 1-də isə “Reuters” agentliyi İranın Ali Rəhbəri Müctəba Xameneinin silahlı qüvvələrə istənilən yeni hücuma dərhal və sərt cavab verməyə hazırlaşmaq tapşırığı verdiyini bildirib.

Hazırda ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə diplomatik təmaslar davam edir. Lakin tərəflər arasında ciddi fikir ayrılıqları qalır və bölgədə yeni hərbi eskalasiya riski aradan qalxmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.