Moldova Rumıniya ilə birləşə bilər – “B planı” gündəmdə

Moldovanın Avropa İttifaqına üzvlüyü gecikərsə, Rumıniya ilə birləşmə alternativ variant kimi nəzərdən keçirilə bilər. “The Economist” mümkün ssenarini təhlil edib.

123

Moldovanın Avropa İttifaqına üzvlük prosesi təxirə salınarsa və ya perspektivləri zəifləyərsə, ölkənin Rumıniya ilə birləşməsi alternativ siyasi ssenari kimi aktuallaşa bilər.

MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” nəşri Moldova və Rumıniyanın mümkün birləşməsinə həsr etdiyi təhlildə bildirib. Nəşrin qənaətinə görə, Kişinyovun Avropaya inteqrasiya yolunda ciddi maneələrlə üzləşməsi sözügedən “B planı”nın əhəmiyyətini artıra bilər.

Moldova 2030-cu ilədək Avropa İttifaqına qoşulmağı hədəfləyir. Lakin ölkənin Baş nazirinin müavini Eugen Osmoçesku daha əvvəl bəyan edib ki, 2028-ci ildən sonra üzvlük prosesində ciddi maneələr yaranarsa, Rumıniya ilə birləşmə alternativ variant kimi nəzərdən keçirilə bilər.

Moldova Prezidenti Maia Sandu da mümkün referendumda Rumıniya ilə birləşmənin lehinə səs verəcəyini açıqlayıb. Bununla belə, dövlət başçısı Aİ-yə üzvlüyü daha real və əsas siyasi hədəf hesab etdiyini vurğulayıb. Bu barədə “Reuters” məlumat yayıb.

“Radio Moldova” bildirir ki, birləşmə perspektivinin qarşısında ciddi siyasi, iqtisadi və geosiyasi maneələr dayanır. Xüsusilə Dnestryanı bölgənin həll olunmamış statusu və Moldova cəmiyyətində bu məsələyə fərqli münasibət əsas çətinliklər sırasındadır.

“The Economist”in təhlilinə əsasən, birləşmə yaxın perspektivdə az ehtimallı olsa da, uzunmüddətli siyasi ssenari kimi istisna edilmir. Hazırda iki dövlətin birləşməsi barədə rəsmi qərar qəbul olunmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.