İlham Əliyev TDT sammitində iştirak etməyəcək

Prezident İlham Əliyev sıx iş qrafiki səbəbindən oktyabrın 30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak etməyəcək. Azərbaycanı sammitdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.

79

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Türkiyənin paytaxtı Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə iştirak etməyəcək. Dövlət başçısının tapşırığına əsasən, Azərbaycanı sammitdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.

MSNews.az xəbər verir ki, bu barədə “Report” informasiya agentliyi əldə etdiyi məlumatlara istinadən xəbər yayıb.

Məlumata görə, Prezident İlham Əliyevin Ankarada keçiriləcək sammitə qatılmaması əvvəlcədən planlaşdırılmış tədbirlərlə və dövlət başçısının sıx iş qrafiki ilə bağlıdır.

Belə ki, oktyabrın 30-da Bakıda tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının final qarşılaşmaları və rəsmi bağlanış mərasimi keçiriləcək. Prezident İlham Əliyevin yarışın finalçılarını şəxsən mükafatlandırması nəzərdə tutulur. Dövlət başçısının mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının XIII Zirvə görüşündə iştirak edəcək.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin sammit çərçivəsində keçiriləcək digər tədbirlərdə də fəal iştirakı nəzərdə tutulur.

Ankarada keçiriləcək Zirvə görüşü türk dövlətləri arasında siyasi, iqtisadi və regional əməkdaşlığın müzakirəsi baxımından mühüm diplomatik platformadır.

Azərbaycan 15 yaşadək futbolçular arasında ilk FIFA Dünya Çempionatı və Festivalına ev sahibliyi edir.

FIFA-nın rəsmi məlumatına əsasən, yarışda 189 milli futbol assosiasiyasının komandaları iştirak edir. Turnirdə 3 mindən çox futbolçu və rəsmi şəxs təmsil olunur.

Oktyabrın 24-də Bakı Kristal Zalında yarışın rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və FIFA prezidenti Canni İnfantino iştirak ediblər.

Final görüşləri oktyabrın 30-da keçiriləcək. FIFA-nın açıqladığı proqrama əsasən, həlledici qarşılaşmalar Bakı Kristal Zalında təşkil olunacaq.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.