Putin Zelenskini Moskvaya dəvət etdi

Kremlin köməkçisi Yuri Uşakov bildirib ki, Finlandiya və Norveç liderləri Zelenskinin Putinlə birbaşa danışmaq istəyini Moskvaya çatdırıblar. Putin Ukrayna Prezidentini danışıqlar üçün Rusiyaya dəvət edib.

71

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa danışıqlara hazır olduğunu bildirib və onu Moskvaya dəvət edib. Kremlin açıqlamasına əsasən, Zelenski Rusiya paytaxtına səfər edəcəyi təqdirdə onun təhlükəsizliyi üçün lazımi şərait yaradılacaq.

MSNews.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov oktyabrın 27-də açıqlama verib. Məlumatı “İnterfaks” yayıb.

Uşakovun sözlərinə görə, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Vladimir Putinlə telefon danışığı zamanı Zelenskinin Rusiya lideri ilə şəxsən görüşməkdə maraqlı olduğunu çatdırıblar.

“Həm Norveçin Baş naziri, həm də Finlandiya Prezidenti Zelenskinin bizim prezidentlə birbaşa danışıqlar aparmaq istəyini çatdırıblar”, – deyə Uşakov bildirib.

Kreml rəsmisinin sözlərinə görə, Putin Ukrayna Prezidenti ilə görüşmək üçün əvvəllər irəli sürdüyü şərti bir daha xatırladıb.

“Əgər Zelenski həqiqətən birbaşa danışıqlar aparmaq istəyirsə, Moskvaya gəlsin. Burada ona bütün lazımi şərait, o cümlədən təhlükəsizlik baxımından təminatlar yaradılacaq”, – deyə Uşakov Rusiya Prezidentinin mövqeyini açıqlayıb.

Bununla belə, Kreml nümayəndəsi liderlərin görüşünün konkret nəticəyə yönəlməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Moskva hesab edir ki, iki prezidentin görüşü uzunmüddətli sülh sazişi üzrə sənədlər hazırlandıqdan sonra daha məqsədəuyğun olar.

Uşakov bildirib ki, Putin, Stubb və Störe arasında təxminən 90 dəqiqə davam edən telefon danışığının əsas mövzularından biri Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşü olub.

Danışıqların noyabr ayında bərpası planlaşdırılır. Finlandiya və Norveç liderləri isə Ukraynadakı müharibənin dayandırılması üçün diplomatik səylərin gücləndirilməsinə çağırıblar.

Hələlik Zelenskinin Moskvaya səfərə razılıq verdiyi və ya prezidentlərin görüş tarixi barədə rəsmi məlumat yoxdur. Onun birbaşa danışıqlarda maraqlı olması barədə məlumat Kremlin təqdim etdiyi açıqlamaya əsaslanır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.