Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.
MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı ikitərəfli əlaqələr, regionda və dünyada baş verən siyasi proseslər müzakirə olunub.





